10 C
Baku
Thursday, December 12, 2024

“Albalı Plus” brendi haqqında

Xatırlayırsınızsa müxtəlif dövrlərdə Sizlərə bankların plastik kartları haqqında maraqlı bazar araşdırmalarını təqdim etmişik. Ümumiyyətlə plastik kart anlayışı bir az geniş məhfumdur  və bu ifadə səslənən zaman məlumatın dəqiqləşməsi üçün bəzi əlavə suallara ehtiyac olur:

Debet kart yoxsa kredit kart? Taksit funksiyası varmı? ” Grace period” imkanı varmı? və s. tipli suallar müvafiq kartların istifadəçi seqmentini müəyyən edir.

Yuxarıdakı suallardan yola çıxaraq bu dəfəki təhlilimizin mövzusu olaraq ölkənin Pərakəndə Bankçılıq sektorunun liderlərindən olan  Unibank ASC-nin brendə çevrilmiş “Albalı Plus” plastik kartlarını seçdik.

İlk öncə kartın keçdiyi inkşaf yolu haqqında qısaca məlumat vermək istərdik. “Albalı Plus” kartının sələfi hesab olunan “Albalı” taksit kartları ilk dəfə 2012-ci ildən emissiya edilməyə başladı. İlk günlərdən müştərilərin geniş marağına səbəb olan kart 2013-cü ilin sonlarında müştərilərin istək və ehtiyaclarını nəzərə aldı və rebrendiq edərək adını “Albalı Plus”-a dəyişdi. Rebrendiq təkcə məhsulun adının dəyişməsindən ibarət deyildi. Belə ki, karta mövcud funksiyalar saxlanılmaqla bir sıra əlavə üstün funksiyalar da əlavə edildi. “Arzuları reallaşdıran kart” lozunqu ilə ictimaiyyətə təqdim olunan “Albalı Plus” kartını hər kəsin rahat şəkildə əldə etməsi məqsədilə Unibank 2015-ci ildə  “Albalı Plus Debet” məhsulunu yaratdı. Hal-hazırda həm “Albalı Plus” (kredit) həm də “Albalı Plus Debet” kartlarının onminlərlə istifadəçisi var. Həmçinin qeyd etmək istərdik ki, müvafiq kartlar özülüyündə də bir neçə yarımnövlərə ayrılırlar.

albali plus

Albalı Plus Kredit

Kredit kartı funskiyalı “Albalı Plus” kartının 2 növü vardır: “Albalı Plus Gold”“Albalı Plus Standart”.

Aşağıda hər iki kredit kart növündə olan üstünlükləri Sizlərə təqdim etmək istərdik.

Kredit xətti  – Kartınızda olan vəsaiti 7/24 Unibanka məxsus ATM-lərdə 2% nağdlaşdırma komissiyası ödəməklə nağdlaşdıra bilərsiniz. Nağdlaşdırılan vəsaitə “Albalı Plus Standart” kartı üzrə illik 29%, “Albalı Plus Gold” kartı üzrə isə illik 30% olmaqla gündəlik əsasda faiz hesablanır.

Taksit – Unibank-ın partnyoru olan 1000-dən artıq  ticarət və xidmət məntəqəsində istədiyi məhsulu alıb, dəyərini hissə-hissə ödəmək imkanı verir. Ölkə daxilində mağazalarda alış-veriş edən zaman, müştərinin istifadə etdiyi vəsait taksitlərə ( bərabər hissələrə) bölünür.

“Cashback” – kartınızla nağdsız xərcləmələr zaman hər əməliyyat məbləğinin müəyyən faizi sizin kartınıza pul formasında yenidən qayıdır. Bu faiz bankın tərəfdaşı olmayan müəssələrdə 0.1% – 0.3% arası, bankın tərəfdaşı olan ticarət məntəqələrində isə 30%-dək olur.

Depozit – kartdakı qalıq vəsaitə müştərinin bankda olan kredit reytinqindən asılı olaraq illik 6%-dək gəlir hesablanır.

“Grace period” – Bu üstünlük yalnız premium seqment kartı olan “Albalı Plus Gold” kartında mövcuddur.  Belə ki, siz həm nağd həm də nağdsız şəkildə istifadə etdiyiniz məbləğləri növbəti ayın 15-dək əlavə heç bir faiz ödəmədən Banka geri ödəyə bilərsiniz. Bu zaman itirəcəyiniz məbləğ yalnız nağdlaşdırma əməliyyatları zamanı komissiya (2%) olacaqdır. Nağdsız əməliyyatlar zamanı isə əlavə heç bir xərc yoxdur. Xüsusilə vurğulamaq istərdik ki, “Albalı Plus Gold” kartı hal-hazırda plastik kartlar arasında həm taksit həm də “grace period” imkanı olan yeganə kartdır!

Kredit kartının əldə olunması şərtlərinə gəldikdə isə, AZN valyutasında təqdim olunan kartın və kredit xəttinin müddəti  60 ay, kreditin müddəti isə 84 ay təşkil edir. Kredit xətti üzrə maksimal limit 5000 AZN-dir. “Albalı Plus Standart” kartı üzrə ərizəçinin minimal xalis əmək haqqına olan tələbi 100 AZN-dir. “Albalı Plus Gold” kartı üzrə isə bu tələb 500 AZN təşkil edir. “Albalı Plus Gold” kartının rəsmiləşməsi zamanı əlavə olaraq kredit xəttinin 1% -i  (min 20 AZN) həcmində komissiya ödənilir.

Albalı Plus Debet

Debet funksiyalarını özündə cəmləşdirən “Albalı Plus Debet” kartları 3 fərqli növdə eyni zamanda 3 fərqli valyutada (AZN/USD/EUR) təqdim olunur. Bu kartları rəsmi gəlirinin olub-olmamasından asılı olmayaraq hər kəs əldə bilər. Kartın növləri, müddəti və qiymətləri haqqında məlumatlar aşağıdakı cədvəldə qeyd edilmişdir:

Kartın növü Müddəti Qiymət
MC Contactless * 3 il 12 AZN/USD/EUR
MC Gold 3 il 10 AZN/USD/EUR
MC Platinium 3 il 30 AZN/USD EUR

*Contactles –  20 AZN-dək (və ekvivalentində) ödənişləri kartın pin kodunu yığmadan, kartı sadəcə POS-terminala yaxınlaşdırmaqla mümkündür.

“Albalı Plus Kredit” kartlarında olan “Cashback”  və “Depozit” funksiyaları eynilə “Albalı Plus Debet” kartlarında da vardır.  “Albalı Plus Debet” kartının əsas üstünlüklərindən biri isə komissiyasız nağdlaşdırma imkanıdır. Belə ki, Siz kartınızda olan şəxsi vəsaitinizi Unibank ATM-dən heç bir komissiya ödəmədən nağdlaşdıra bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər