Uzun zamandır ki, Bankların USD valyutasında olan əmanət məhsulları haqqında Sizlərə məlumat vermirdik. Oxucularımızın istəyini nəzərə aldıq və növbəti araşdırmamızın mövzusunu USD valyutasında olan əmanət məhsulları seçdik.
Devalvasiyalardan sonra istər Banklar , istərsə də dövlət tərəfindən əmanətlərin dollarizasiya prosesinə qarşı müəyyən tədbirlər həyata keçirildi. Banklar dollarda əmanət cəlb etməklə maraqlı deyildirlər, səbəb isə çox sadə idi – cəlb olunan vəsaitləri kredit şəklində yerləşdirmək həm riskli idi həm də əhali artıq dollarda kredit götürmək istəmirdi. Bütün bu amillər nəzərə alınaraq AZN və USD depozitlərinin cəlbetmə faizlərində kəskin fərqlər meydana gəldi. Həmçinin Əmanətlərin Sığortalanması Fondu (ADİF) da prosesə müdaxilə edərək , USD-də qorunan əmanətlərin faiz dərəcəsini 12%-dən 3%-ə qədər aşağı saldı. Hal-hazırda USD əmanətləri gəlir gətirmək baxımından AZN əmanətləri ilə müqayisədə cəlbedici olmasa da əhalinin müəyyən kütləsi hələ də öz yığımlarını USD valyutasında saxlamağa üstünlük verir. Bu səbəbdən həmin şəxslərin maraqlarını nəzərə alaraq bu araşdırmanı etdik. Aşağıdakı cədvəldə Sizə bankların təklif etdiyi əmanət məhsulları üzrə əsas şərtləri təqdim edirik. Bildiyiniz kimi, hər bank müxtəlif əmanət məhsulları üzrə şərtləri, eləcə də minimum-maksimum müddətləri özü müstəqil şəkildə təyin edir. Bu səbəbdən əmanətləri daha rahat müqayisə edə bilməyiniz üçün ən çox müraciət olunan müddət kimi 12 ay əsas götürülmüşdür.
Bank | Depozitin adı | Minimal məbləğ | 12 aylıq faizlər | Əmanətin artırılması | |
Aylıq | Müddətin sonu | ||||
Access Bank | Yüksələn Əmanət | 50 USD | – | 3% | Mümkün deyil |
Access Bank | Yığım Əmanəti | 50 USD | 3 % | Mümkündür | |
Access Bank | Müddətli Əmanət | 50 USD | 2.3% | 3% | Mümkün deyil |
AFB Bank | Müddətli Əmanət | 1000 USD | 1.5% | – | Mümkün deyil |
AGBank | Sığortalı Əmanət | 100 USD | 2% | 3% | Mümkündür |
AGBank | Sərfəli Əmanət | 100 USD | 3% | – | Mümkündür |
Amrahbank | Güvən Əmanəti | 50 USD | 3% | 3% | Mümkündür |
Amrahbank | Lider Əmanəti | 500 USD | 3% | 3% | Mümkün deyil |
ASB | Müddətli Əmanət | Tələb yoxdur | 1% | 1% | Mümkün deyil |
AtaBank | Universal Əmanəti | 500 USD | 3% | 4% | Mümkün deyil |
AtaBank | Sığortalı Əmanət | 500 USD | 3% | – | Mümkün deyil |
AtaBank | Yığım Əmanəti | 300 USD | – | 3% | Mümkündür |
AtaBank | VİP Əmanəti | 50 000 USD | 3% | 4% | Mümkün deyil |
Azər-Türk Bank | Klassik Əmanət | 500 USD | 0.3% | 0.4% | Mümkün deyil |
Azər-Türk Bank | Premium Əmanəti | 500 USD | 0.4% | 0.5% | Mümkün deyil |
Bank Avrasiya | Klassik Əmanət | 1000 USD | 2% | 2.25% | Mümkün deyil |
Bank Avrasiya | Rahat Əmanəti | 1000 USD | 1% | – | Mümkündür |
Bank Avrasiya | Yığım əmanəti | 100 USD | 1% | – | Mümkündür |
Bank BTB | Müddətli Əmanət | 100 USD | 1.5% | 1.75% | Mümkün deyil |
Bank BTB | Proqressiv Əmanət | 100 USD | 1.5% | 2% | Mümkündür |
Bank of Baku* | Dinamik əmanət | 100 USD | 1.9% | 2% | Mümkündür |
Bank Respublika | Müddətli Əmanət | Tələb yoxdur | 1.5% | 2% | Mümkün deyil |
Expressbank | Klassik əmanəti | 500 USD | 1% | 1.5% | Mümkün deyil |
Expressbank | Mücrü əmanəti | 50 USD | 0.5% | 1% | Mümkündür |
Günay Bank | Müddətli əmanət | 500 USD | – | 3% | Mümkün deyil |
Kapital Bank | Kapital depozit | 100 USD | 0.1% | – | Mümkündür |
Kapital Bank | Müddətsiz depozit | 100 USD | – | 0.01% | Mümkündür |
MuğanBank | Meqa Depozit | 1000 USD | 3% | – | Mümkün deyil |
NBC Bank | Müddətli Əmanət | 200 USD | 3% | – | Mümkün deyil |
NBC Bank | Maksimum Əmanət | 200 USD | – | 3% | Mümkün deyil |
NBC Bank | Sığortalı Əmanət | 200 USD | 3% | – | Mümkündür |
Nikoyl Bank | Sabit Əmanət | 100 USD | 1.5% | 2% | Mümkündür |
Rabitə Bank | Universal Əmanəti | 200 USD | 0.75% | 1.5% | Mümkün deyil |
Turan Bank | Sərvət Əmanəti | 100 USD | 2% | 2.15% | Mümkün deyil |
Unibank | Müddətli Əmanət | 500 USD | 1.5% | 2% | Mümkün deyil |
Unibank | Yığım Əmanəti | 50 USD | 0.5% | – | Mümkündür |
Xalq Bank | VİP Rantye Əmanəti | 100 000 USD | 2% | – | Mümkündür |
Xalq Bank | Müddətli Əmanət | 1000 USD | 1% | – | Mümkün deyil |
Xalq Bank | Sandıqça Əmanəti | 100 USD | 1% | – | Mümkündür |
Xalq Bank | Proqress Əmanəti | 100 000 USD | 2% | – | Mümkündür |
Yapıkredi Bank | Yığım Əmanəti | 250 USD | – | 0.5% | Mümkündür |
Yapıkredi Bank | Standart Qazanc Əmanəti | 250 USD | – | 0.5% | Mümkün deyil |
Yapıkredi Bank | Dövri Qazanc Əmanəti | 250 USD | 0.25% | – | Mümkün deyil |
ZiraatBank | Standard Əmanət | 1000 USD | 1% | 1% | Mümkün deyil |
*Bank of Bakuda əmanətlərin qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb, yalnız mövcud əmanətlərin vaxtı uzadılaraq avtomatik prolonqasiya edilir.
Bankların müvafiq əmanət məhsulları üzrə digər müddətlərə təklif etdiyi faizlər haqqında məlumatlarla, həmçinin AZN əmanətləri üzrə şərtlərləi saytımızın “Məhsul kataloqu” bölümündə (https://banker.az/result/?ctype=deposit) ətraflı tanış ola bilərsiniz.