16 C
Baku
Thursday, April 25, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Banklarımızda depozitlər: Dollarda 12 ay müddətə təklif edilən faizlər

Banklarımızda depozitlər: Dollarda 12 ay müddətə təklif edilən faizlər

0
Banklarımızda depozitlər: Dollarda 12 ay müddətə təklif edilən faizlər

Uzun zamandır ki, Bankların USD valyutasında olan əmanət məhsulları haqqında Sizlərə məlumat vermirdik. Oxucularımızın istəyini nəzərə aldıq və növbəti araşdırmamızın mövzusunu USD valyutasında olan əmanət məhsulları seçdik.

Devalvasiyalardan sonra istər Banklar , istərsə də dövlət tərəfindən əmanətlərin dollarizasiya prosesinə qarşı müəyyən tədbirlər həyata keçirildi. Banklar dollarda əmanət cəlb etməklə maraqlı deyildirlər, səbəb isə çox sadə idi – cəlb olunan vəsaitləri kredit şəklində yerləşdirmək həm riskli idi həm də əhali artıq dollarda kredit götürmək istəmirdi. Bütün bu amillər nəzərə alınaraq AZN və USD depozitlərinin cəlbetmə faizlərində kəskin fərqlər meydana gəldi. Həmçinin Əmanətlərin Sığortalanması Fondu (ADİF) da prosesə müdaxilə edərək , USD-də qorunan əmanətlərin faiz dərəcəsini 12%-dən 3%-ə qədər aşağı saldı. Hal-hazırda USD əmanətləri gəlir gətirmək baxımından AZN əmanətləri ilə müqayisədə cəlbedici olmasa da əhalinin müəyyən kütləsi hələ də öz yığımlarını USD valyutasında saxlamağa üstünlük verir. Bu səbəbdən həmin şəxslərin maraqlarını nəzərə alaraq bu araşdırmanı etdik.  Aşağıdakı cədvəldə Sizə bankların təklif etdiyi əmanət məhsulları üzrə əsas şərtləri təqdim edirik. Bildiyiniz kimi, hər bank müxtəlif əmanət məhsulları üzrə şərtləri, eləcə də minimum-maksimum müddətləri özü müstəqil şəkildə təyin edir. Bu səbəbdən əmanətləri daha rahat müqayisə edə bilməyiniz üçün ən çox müraciət olunan müddət kimi 12 ay əsas götürülmüşdür.

Bank Depozitin adı Minimal məbləğ 12 aylıq faizlər Əmanətin artırılması
Aylıq Müddətin sonu
Access Bank Yüksələn Əmanət 50 USD 3% Mümkün deyil
Access Bank Yığım Əmanəti 50 USD 3 % Mümkündür
Access Bank Müddətli Əmanət 50 USD 2.3% 3% Mümkün deyil
AFB Bank Müddətli Əmanət 1000 USD 1.5% Mümkün deyil
AGBank Sığortalı Əmanət 100 USD 2% 3% Mümkündür
AGBank Sərfəli Əmanət 100 USD 3% Mümkündür
Amrahbank Güvən Əmanəti 50 USD 3% 3% Mümkündür
Amrahbank Lider  Əmanəti 500 USD 3% 3% Mümkün deyil
ASB Müddətli Əmanət Tələb yoxdur 1% 1% Mümkün deyil
AtaBank Universal Əmanəti 500 USD 3% 4% Mümkün deyil
AtaBank Sığortalı Əmanət 500 USD 3% Mümkün deyil
AtaBank Yığım Əmanəti 300 USD 3% Mümkündür
AtaBank VİP Əmanəti 50 000 USD 3% 4% Mümkün deyil
Azər-Türk Bank Klassik Əmanət 500 USD 0.3% 0.4% Mümkün deyil
Azər-Türk Bank Premium Əmanəti 500 USD 0.4% 0.5% Mümkün deyil
Bank Avrasiya Klassik Əmanət 1000 USD 2% 2.25% Mümkün deyil
Bank Avrasiya Rahat Əmanəti 1000 USD 1% Mümkündür
Bank Avrasiya Yığım əmanəti 100 USD 1% Mümkündür
Bank BTB Müddətli Əmanət 100 USD 1.5% 1.75% Mümkün deyil
Bank BTB Proqressiv Əmanət 100 USD 1.5% 2% Mümkündür
Bank of Baku* Dinamik əmanət 100 USD 1.9% 2% Mümkündür
Bank Respublika Müddətli Əmanət Tələb yoxdur 1.5% 2% Mümkün deyil
Expressbank Klassik əmanəti 500 USD 1% 1.5% Mümkün deyil
Expressbank Mücrü əmanəti 50 USD 0.5% 1% Mümkündür
Günay Bank Müddətli əmanət 500 USD 3% Mümkün deyil
Kapital Bank Kapital depozit 100 USD 0.1% Mümkündür
Kapital Bank Müddətsiz depozit 100 USD 0.01% Mümkündür
MuğanBank Meqa Depozit 1000 USD 3% Mümkün deyil
NBC Bank Müddətli Əmanət 200 USD 3% Mümkün deyil
NBC Bank Maksimum Əmanət 200 USD 3% Mümkün deyil
NBC Bank Sığortalı Əmanət 200 USD 3% Mümkündür
Nikoyl Bank Sabit Əmanət 100 USD 1.5% 2% Mümkündür
Rabitə Bank Universal Əmanəti 200 USD 0.75% 1.5% Mümkün deyil
Turan Bank Sərvət Əmanəti 100 USD 2% 2.15% Mümkün deyil
Unibank Müddətli Əmanət 500 USD 1.5% 2% Mümkün deyil
Unibank Yığım Əmanəti 50 USD 0.5% Mümkündür
Xalq Bank VİP Rantye Əmanəti 100 000 USD 2% Mümkündür
Xalq Bank Müddətli Əmanət 1000 USD 1% Mümkün deyil
Xalq Bank Sandıqça Əmanəti 100 USD 1% Mümkündür
Xalq Bank Proqress Əmanəti 100 000 USD 2% Mümkündür
Yapıkredi Bank Yığım Əmanəti 250 USD 0.5% Mümkündür
Yapıkredi Bank Standart Qazanc Əmanəti 250 USD 0.5% Mümkün deyil
Yapıkredi Bank Dövri Qazanc Əmanəti 250 USD 0.25% Mümkün deyil
ZiraatBank Standard Əmanət 1000 USD 1% 1% Mümkün deyil

 

*Bank of Bakuda əmanətlərin qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb, yalnız mövcud əmanətlərin vaxtı uzadılaraq avtomatik prolonqasiya edilir.

Bankların müvafiq əmanət məhsulları üzrə digər müddətlərə təklif etdiyi faizlər haqqında məlumatlarla, həmçinin AZN əmanətləri üzrə şərtlərləi saytımızın “Məhsul kataloqu” bölümündə (https://banker.az/result/?ctype=depositətraflı tanış ola bilərsiniz.