Ötən günlər ərzində “Milli Mühasiblər Forumu”nun (MMF-in) növbəti iclası keçirilmişdir. İclasda əsasən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan “II Milli Mühasiblər Forumu” ilə bağlı bir sıra məsələlər müzakirə olunmuşdur. Bu dəfəki iclasda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM-nın) II Milli Mühasiblər Forumunun Təşkilat Komitəsinə üzv qəbul olunmuşdurlar. Mühasibat uçotu sahəsində belə nüfuzlu iki Assosiasiyanın Foruma üzv qəbul olunması 28-29 aprel 2018-ci il tarixində keçiriləcək tədbirin əhəmiyyətini daha da artırır.