Azərbaycanda 20-yə yaxın biznes-inkubator yaradılıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov martın 30-da Bakıda keçirilən “Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini qeyd edib ki, bunların bəziləri özəl, bəziləri sosialyönümlü, bəziləri isə ali təhsil ocaqlarının nəzdində yaradılan biznes-inkubatorlardır. Bugünkü tədbir çərçivəsində 18 biznes-inkubator arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalanacaq.