“Vergi Məsləhətçiləri Palatası” MMC yaradılıb.
Bu barədə mənbə “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.
Bildirilir ki, cəmiyyətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Şahin Tağızadədir.
MMC-nin Müşahidə Şurasının üzvləri Fuad Tağıyev, Vüqar Cavadov, Natalya Fətizadə, Fərid İsmayılzadədir.
Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, M. Müşfiq ev. 15/17 ünvanında yerləşir.
Qeyd edək ki, şirkət fevralın 8-də dövlət qeydiyyatına alınıb.