ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2027-ci il yanvarın 1-dən Kanadadan avtomobillərin, yük maşınlarının, avtomobil hissələrinin və poladın idxalına tətbiq edilən tariflər 50%-ə qaldırılacaq.
O bu barədə “Truth Social”da bildirib.
Tramp əlavə edib ki, Kanada amerikalı fermerlərə və kənd təsərrüfatı məhsullarına tətbiq edilən yüksək tariflər də daxil olmaqla, illərlə ABŞ-yə ziyan vurub. Onun sözlərinə görə, bu, uzun müddət ərzində iki ölkə arasındakı ticarətdə 60 milyard dollar həcmində kəsirə səbəb olub.
“2027-ci il yanvarın 1-dən bütün avtomobillərə, yük maşınlarına – istər böyük, istərsə də kiçik, – avtomobil hissələrinə və polada tariflər 50%-ə qaldırılacaq. Məhsulları ABŞ-də istehsal edin və heç bir tarif olmayacaq”, – o yazıb.
O, bundan sonra Kanadanın ABŞ-nin bir ştatı kimi qəbul edilməyəcəyini bildirib. Tramp həmçinin Kanadanı “ticarət və digər sahələrdə biznes aparmaq üçün dünyanın ən pis ölkələrindən biri” adlandırıb. Onun fikrincə, Ottava hər şeyə icazəsi olduğunu düşünür, halbuki ABŞ-nin Kanadaya ehtiyacı yoxdur, Kanadanın isə ABŞ-yə ehtiyacı var.
“Onlar öz bizneslərinin 95%-ni ABŞ ilə aparır, bizim üçün isə vəziyyət tamamilə əksinədir!”, – o əlavə edib.






