Suzuki ilk kompakt elektromobili e Sky-ı təqdim edib

Suzuki özünün ilk kompakt elektromobili olan e Sky modelini təqdim edib. Model başlanğıcdan etibarən elektromobil kimi hazırlanıb və onun benzin mühərrikli analoqu olmayıb. News of Japan yazır ki, hazırlanma zamanı əsas prioritet elektromobildən daxiliyanma mühərrikli avtomobil qədər rahat istifadə imkanının yaradılması olub.

e Sky ilk növbədə Yaponiya bazarı üçün nəzərdə tutulub. Avtomobilin uzunluğu 3 395 mm, eni 1 475 mm, hündürlüyü isə 1 625 mm-dir. Modelin çəkisi 1 030 kq təşkil edir. Auto Punditz qeyd edir ki, e Sky əksər adi hetçbeklərdən bir qədər kiçikdir, lakin hündür kuzov sərnişinlər üçün daha geniş məkan yaradır.

Elektromobil bir enerji doldurma ilə 310 km məsafə qət edə bilir. Akkumulyatorun tutumu, elektromühərrikin gücü və enerji doldurma sürəti hələ açıqlanmayıb. Model yalnız ön ötürücü sistemlə təklif olunacaq.

Avtomobilin qiyməti də hələ məlum deyil. e Sky-ın satışına 2026-cı ilin payızında Yaponiyada başlanılması planlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər