Amerikanın sığorta nəhəngləri UnitedHealth və Humana pilot blockchain layihəsinə start veriblər
ABŞ-ın ən böyük iki sığorta şirkəti UnitedHealth və Humana tibbi məlumatların keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş blockchain layihəsi üzrə birgə işə başladıqlarına dair məlumat veriblər.
United Health Group və Humana tibbi sığorta sahəsində rəqibdirlər, lakin MultiPlan və Quest Diagnostics ilə əməkdaşlıq edərək layihə üzərində birlikdə işləyəcəklər.
Bu şirkətlərin ümumi məlumatlarına görə, pilot layihəsində onlar blockchain texnolgiyalardan istifadə etməklə səhiyyə təşkilatlarının arasında məlumat mübadiləsinin məlumatların dəqiqliyini necə artıracağını, məlumatların idarəetməsini və tibbi yardıma keçidi necə asanlaşdıracağını öyrənəcəklər.
Layihə üçün mövcud platformadan istifadə olunacağı, yoxsa tamamilə yenisinin işlənib hazırlanacağı haqqında hələ məlumat yoxdur.
Hər halda, bu layihə səhiyyə sahəsinin ən böyük problemlərindən biri – qiymətləndirməyə əsasən, hər il 2.1 milyard dollara başa gələn məlumatların tutuşdurulması prosesinə yönəldilib.