7 C
Baku
Thursday, December 12, 2024

“Facebook skandalı”ndan sonra Markın açıqlaması – 50 mln. şəxs zərər çəkib

Bugün biz, dünya miqyasında Rusiyanın İnternet Araşdırma Agentliyi (İAA)tərəfindən idarə olunan 270-dən çox səhifəsini və hesabını silərək seçkilərin bütövlüyünü qorumaq üçün vacib bir addım atdıq. Bugünə qədər İAA-ya qarşı gördüyümüz tədbirlərin çoxu xarici seçkilərə müdaxilə etmələrinin qarşısını almaqdan ibarət idi.

Bu yazı, Rusiyada yaşayan insanların məqsədli səhifələrini aradan qaldırmağımızla bağlıdır. Rusiya Agentliyi davamlı olaraq aldadıcı davrandı, ABŞ, Avropa və Rusiyadakı insanları idarə etməyə çalışdı – və biz onları dünyanın harasında olurlarsa olsunlar, Facebook-da istəmirik.

Budur, seçkilərin bütövlüyünü qorumaq üçün atdığımız addımlar haqqında daha çox məlumat:

2016-cı ildən sonra Rus Agentliyinin ayrıseçkilik dolu yazılar yazan və ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün yüzlərlə saxta hesabdan ibarət olan şəbəkə qurduqlarını gördük. Fəaliyyətlərini qlobal müstəvidə araşdırmağa, səhifələrini və hesablarını nəzərdən keçirməyə başladıq. O vaxtdan bəri dövlətlərin xarici seçkilərə müdaxilə etməsinin qarşısını almaq üçün vasitələrimizi inkişaf etdirdik və saxta hesabları yox etmək üçün daha təkmilləşmiş AI vasitələri yaratdıq.

Həmin dövrdən sonra bu yeni vasitələrin uğurlu formada fəaliyyətini göstərən bəzi məqamlar var. Məsələn:

  • Fransada 2017-ci il prezident seçkilərini hədəf alaraq 30.000 saxta hesab tapdıq və sildik.
  • Almaniyada 2017-ci il seçkilərindən əvvəl Seçki Komissiyasının gördüyü təhlükələr barədə daimi məlumat almaq üçün onlarla birgə işlədik.
  • Ötən il Alabama seçkiləri zamanı yeni ezam olunmuş AI vasitələrinin köməyilə Makedoniyadan saxta hesablar müəyyən olundu və silindi

Biz həmçinin təhlükəsizlik mövzusundakı investisiyalarımızı daha da artırırıq. Təhlükəsizlik və məzmun araşdırmasında təxminən 15.000 işçimiz var. Bu ilin sonunda bu rəqəm 20.000-dən çox olacaq.

Atdığımız addımlar dövlətlərin xarici seçkilərə müdaxiləsini çətinləşdirdi. Bugünki cəhdlərimizlə İAA-nın Rusiyadakı hesabları idarə etmək üçün yaratdığı böyük şəbəkəni müəyyən etmişik. Növbəti addımımız bu şəbəkəni Facebook-dan tamamilə yox etməkdir. Fərdlərə və hökumətlərə hörmətlə yanaşsaq da biz heç kimə saxta hesab açmağa icazə vermirik. Hansısa təşkilat bunu dəfələrlə edəndə biz onların saxta olmayan hesablarını və səhifələrini də silirik. Sildiyimiz saxta olmayan səhifələr və hesablar paylaşdıqları məzmuna görə yox, məhz İAA-ya bağlı olduqları üçün silinib.

Bu xüsusi səhifələr və hesablar, Rusiyadakı insanları, eləcə də Azərbaycan, Özbəkistan və Ukrayna kimi qonşu ölkələrdən daxil olan rus dilliləri hədəfə almışdı. Sildiyimiz bəzi səhifələr məhz İAA tərəfindən idarə edilən rus xəbər platformalarına aiddir. Təxminən 1 milyon insan bu saxta Facebook səhifələrini, 500.000 insan isə Instagram hesablarından ən az birini izləyib. Qarşıdakı bir neçə həftə ərzində AI vasitələrinə istirahət verəcəyik və beləliklə İAA tərəfindən idarə olunan hansısa səhifəni izləyib izləmədiyinizi öyrənə biləcəksiniz. Təhlükəsizlik məsələsi heç vaxt tamamilə həll edə biləcəyimiz məsələ deyil. İAA kimi təşkilatlar davamlı inkişafda olan düşmənlərimizdir, amma öz texnikalarımızı səfərbər etdikcə seçkilərin şəffaflığını qorumaq barədə inkişaf edəcəyik.

Facebook məlumatları sızdırılmış istifadəçilərin dəqiq sayını açıqladı

Facebook şirkəti Cambridge Analytica-nın iştirakı ilə məlumat sızıntısından zərər çəkmiş istifadəçilərin tam dəqiq sayını açıqlayıb. İlk əvvəl məlumat verilmişdi ki, bu hadisə çərçivəsində 50 milyon istifadəçi zərər çəkib. İndi isə məlum olub ki, əslində söhbət 87 milyon istifadəçidən gedir. Sosial şəbəkə Cambridge Analytica şirkətinin hansı məlumatları əldə etdiyi barəsində zərər çəkmiş istifadəçilərə bildiriş göndərərək onları məlumatlandıracaq.

İsitfadəçilər bildirişi ana səhifənin yuxarı hissəsində görəcəklər. Həmin bildirişdə həmçinin şəxsi məlumatlardan istifadə edən bütün tətbiqlərin adları da yerləşdiriləcək. İsitfadəçilər daha sonradan həmin tətbiqləri silə bilərlər. Qeyd etmək lazımdır ki, Cambridge Analytica şirkəti sosial şəbəkənin qaydalarından yan keçərək istifadəçilərin də xəbəri olmadan onların məlumatlarını əldə edib. Şirkət həmin məlumatları siyasi reklamların və həmçinin 2016-cı ildə Donald Trump-ın seçkiqabağı kampaniyasının inkişafında istifadə edib.

Son xəbərlər
Digər xəbərlər