Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 726 mln. 990 min manat daxil olub.
Komitənin açıqladığı statistikaya istinadən, gömrük daxilolmaları ötən ilin yanvar-mart ayları ilə müqayisədə 155 mln. 911,2 min manat və ya 27,3% artıb.
Ötən üç ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 74 mln. 423,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 189 mln. 755,70 min manat, aksizlər üzrə 14 mln. 239,30 min manat, yol vergisi üzrə isə 2 mln. 819,50 manat təşkil edib.