Almaniya rekord dövlət borcu fonunda yüksək kredit reytinqini itirmək riski ilə üzləşib

Almaniya dövlət borcunun rekord həddə çatması və iqtisadi artım tempinin zəifləməsi fonunda ən yüksək “AAA” suveren kredit reytinqini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Bu barədə “Bild” nəşri “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Agentliyin nümayəndələri nəşrə açıqlamalarında bildiriblər ki, Almaniyanın iqtisadi göstəricilərinin gözləntilərdən əhəmiyyətli dərəcədə aşağı olması ölkənin suveren reytinqi üçün müəyyən risklər yarada bilər.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın Federal Statistika İdarəsi ölkənin dövlət borcunun 2025-ci ildə növbəti dəfə tarixi maksimuma çataraq 2,7 trilyon avroya yüksəldiyini açıqlayıb. 2026-cı il üçün dövlət büdcəsində 629 milyard avro həcmində xərclər nəzərdə tutulub. Bunun 196,5 milyard avrosunun yeni borclanma hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Beləliklə, büdcə xərclərinin təxminən hər üç avrosundan biri borc vəsaitləri hesabına qarşılanacaq. Bu isə borc üzrə faiz ödənişlərinin artmasına səbəb olur. Cari ildə faiz xərclərinin təxminən 30 milyard avro təşkil edəcəyi, 2027-ci ildə 42 milyard avroya, 2030-cu ilədək isə borca xidmət xərclərinin 81 milyard avroya yüksələ biləcəyi gözlənilir.

MənbəTREND
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər