Paris əhalisi sıx olan bir şəhərdir. Və burada 70 il ərzində heç kəsi maraqlandırmayan bir mənzilin olması çox təəcüblüdür. Lakin belə bir mənzil mövcuddur.
Evin keçmiş sahibi madam de Florian olub. Florian ikinci dünya müharibəsi zamanı nasistlərdən qaçaraq öz mənzilini tərk etmişdi. On illər ərzində mənzilin pulu müntəzəm olaraq ödənilib. Və yalnız bu yaxınlarda mənzilin indiki sahibləri öz əmlaklarının inventarizasiyasını (müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması) etmək qərarına gəlir.
Mənzilin içərisində onlar “vaxt kapsulu” aşkarlayırlar. Sanki mənzildə zaman dayanmışdı.
O, özündə həmin dövrün nəcib ruhunu qoruyub saxlamışdı.