Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
“Rabitabank” ASC Marketinq və Kommunikasiyalar üzrə Menecer vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
• Bankın müəyyənləşmiş Marketinq Strategiyasının icrasını təmin etmək
• Kommunikasiya üçün hədəf kütləsi və bank məhsullarına uyğun olan yerləşdirmə planını hazırlamaq və icrasını təmin etmək
• Məhsul, Kampnaiya və Bankın bütün digər yeniliklərini əks etdirən məzmununu komanada ilə bərabər işləyib, hazırlamaq
• Marketinq kampaniyalarının və yeni məhsulların hazırlanmasında bank daxili kommunikasiyanı marketinq komandası ilə bərabər koordinasiya etmək
• Bankın rəqəmsal və ənənəvi kanallarda brend qaydalarına və öncədən müəyyənləşmiş hədəflərə uyğun olaraq təmsil olunmasını təmin etmək
• Qoyulmuş hədəflər və görülmüş işlər üzrə mütamadi hesabatların hazırlayıb, təqdim etmək
Namizədə tələblər:
• Ali iqtisadi və ya humanitar təhsilin olması vacibdir
• Minimum 3 illik marketinq və kommunikasiya ilə əlaqədar iş təcrübəsi arzuolunandır
• Google AdWords, Facebook ads manager və Email marketinq alətlərindən istifadə bacarığının olması şərtdir
• Azərbaycan, Rus və İngilis dillərində araşdırma və analizlər aparıb, təqdimat hazırlaya bilməlidir
• İşinə və detallara kreativ eləcə də, punktual yanaşma qabiliyyəti olmalıdır
Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33