1 C
Baku
Saturday, December 14, 2024

Hansı Banklardan kredit əldə edən zaman “həyat sığortası” tutulur? (SİYAHI)

Banker.az monitorinq qrupu bu dəfəki araşdırmasında oxucular və potensial kredit müştəriləri tərəfindən maraqla qarşılanacaq bir mövzuya toxunub. Hansı ki, bu şərt tətbiq edildiyi bankların reklam tipli  təbliğatlarında vurğulanmır, başqa sözlə desək müştərilərdən “gizli” saxlanılır.

Müştəri yalnız bankın filialına müraciət etdikdə bu şərt haqqında məlumat əldə edir.Bu şərt nağd pul kreditlərinin rəsmiləşdirilməsi zamanı “həyat sığortası” komissiyasının tutulmasıdır. “Həyat sığortası” komissiyası nağd pul krediti təklif edən bəzi banklarda məcburi, bəzi banklarda isə könüllü formada tətbiq edilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının təlimatlarına əsasən bu komissiya birbaşa olaraq kredit xərclərinə aid edilir və FİFD (faktiki illik faiz dərəcəsi) hesablanması zamanı nəzərə alınır. “Həyat sığortası” komissiyasının müsbət tərəfi ondan ibarətdir ki, bankda kredit öhdəliyi olan müştəriyə hansısa bir bədbəxt hadisə üz verdikdə (ölüm halı və ya ödəniş qabilliyətinin itirilməsi) qalıq kredit məbləği sığorta şirkəti tərəfindən tam ödənilir. Bu səbəbdən bəzi Banklar risklərini sığortalamaq baxımından müştərinin sığortalanmasında maraqlıdırlar. Əksər müştərilər isə bu komissiyanın tətbiqindən o qədər məmnun deyillər. Qəbul etmək lazımdır ki, heç kəs bədbəxt hadisələrdən sığortalanmayıb. Buna baxmayaraq bəzi müştərilər kredit əldə edən zaman əlavə sığorta haqqı ödəməkdə istəkli deyillər. Bu isə sırf psixoloji amillərlə bağlı olan məqamdır, çünki heç kim kreditin aktiv olacağı müddət ərzində ona bədbəxt hadisə üz verəcəyini düşünmür.

Nağd kredit verən banklar arasında “Həyat sığortası” komissiyasının könüllü formada tətbiq edildiyi və ya ümumiyyətlə tətbiq edilmədiyi banklar Siz oxucular üçün maraqlı olmasa da bu komissiyanın məcburi formada tətbiq edildiyi bankların maraqlı olduğunu nəzərə alaraq aşağıdakı cədvəli hazırladıq. Bu cədvəldə məcburi sığorta komissiyası tətbiq edən bankların adı, sığorta şirktəti və sığorta komissiyası haqqında məlumatlar əks edilib.

Bankın adı Sığorta şirkətinin adı Sığorta komissiyası (məcburi)
YapıkrediBank Atəşgah Sığorta Şirkəti Sığorta komissiyası aşağıdakı parametrlərdən asılı olaraq dəyişir.

  • kredit məbləği
  • kredit müddəti
  • müştərinin yaşı
Rabitə Bank Meqa Sığorta Yaşı 65- ə qədər olan müştərilər üzrə

1 illik – 1%

2 illik – 2%

3 illik – 3%

Yaşı 65-dən çox olan müştərilər üzrə daha yüksək komissiyalar tətbiq edilir.

Kapital Bank Paşa Sığorta 1 illik – 5%
Bank VTB AtaSığorta 1 illik – 0.35%

2 illik – 0.545%

3 illik – 0.727%

Turanbank Paşa  Sığorta Sığorta komissiyası kredit məbləğindən və müştərinin yaşından asılı olaraq dəyişir.

Nümunə üçün: Yaşı 30 civarında olan müştərilərdə sığorta komissiyası təxminən 0.5% təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər