Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 27 aprel 2018-ci il tarixində saat 14:30 – 17:30 aralığında sığorta vasitəçiləri – sığorta agentləri və sığorta brokerləri üçün açıq qapı günü elan edir.
Açıq qapı günündə iştirak edən sığorta vasitəçilərinin ASA rəhbərliyi ilə görüşü keçiriləcəkdir. Görüş əsnasında vasitəçilərə ASA-nın cari fəaliyyəti barədə məlumat verilməsi, onları maraqlandıran sualların cavablandırılması, eləcə də, vasitəçilərin fəaliyyətinə dəstək verilməsi məqsədilə onların fəaliyyəti ilə əlaqədar halların müzakirəsi nəzərdə tutulmuşdur.