10 C
Baku
Wednesday, December 11, 2024

FED-in qərarları Azərbaycan manatına təsir edirmi? – Ekspertin cavabı

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) qərarları Azərbaycan manatının məzənnəsinə tədricən daha az təsir edir.

Bu barədə iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

M.İbrahimov bildirib: “Hazırda ölkədə üzən məzənnə rejimi tətbiq olunur, amma eyni zamanda bu rejim dövlətin təhlili və müəyyən nəzarəti altındadır. Buna görə də biz manatın məzənnəsinin enib-qalxmasına reaksiya verə bilirik. Bundan əlavə, hazırda Türkiyə ilə hesablaşmaları milli valyutaya keçirmək məsələsi müzakirə olunur, bu isə öz növbəsində FED-in qərarlarının manatın məzənnəsinə təsirini azaldacaq”.

Ekspert qeyd edib ki, nizamlayıcının növbəti iclası çərçivəsində müzakirə olunacaq əsas faiz dərəcəsinin artırılması, dünya bazarları üçün gözlənilməz olmayacaq: “FED 2018-ci ildə əsas dərəcəsini ən azı üç dəfə artırmaq niyyətini artıq bəyan edib. Bu cür açıqlamadan sonra növbəti iclasda faiz dərəcəsinin artırılması aydın səmada göy gurultusu olmayacaq. ABŞ iqtisadiyyatı ilə bağlı olan, dünya iqtisadiyyatlarının əksəriyyəti demək olar ki, öz makroiqtisadi siyasətini harmonizasiya edib və adaptasiya olub. Əsasən bu milli valyutalarda üzən məzənnə tətbiq edilməsidir, bu isə öz növbəsində bir az makroiqtisadi sabitliyi qorumağa imkan verir. ABŞ-ın əsas dərəcəni artırmasının əmtəə-xammal bazarlarına təsirinə gəldikdə isə bu sirr deyil, və bir çox kotirovkalarda uçot dərəcəsinin artırılması imkanları yaradılır. Ona görə də mən bazarlarda böyük konyuktur dəyişikliklər gözləmirəm”.

Qeyd edək ki, mart ayının sonunda FED-in rəhbərliyi əsas faiz dərəcəsinin 1,5-1,75 faizə qədər artırılması qərarı qəbul edib. FED-in növbəti iclası mayın 2-3-ü baş tutacaq.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər