2 C
Baku
Sunday, December 15, 2024

EFSE AccessBank-a 15 milyon dollar kredit verdi

Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondu (EFSE) AccessBank-a (Azərbaycan) 15 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Ayrılan kredit Bankın kənd ərazilərində mikro- və kiçik sahibkarlığın uzunmüddətli maliyyələşdirilməsinə dəstək verəcək. Yeni kredit AccessBank-a 7000 artıq mikrokredit verməyə imkan yaradacaq.

Geniş filial şəbəkəsinə və təcrübəli işçi personalına malik olan Bank 140 000 artıq müştəriyə xidmət göstərir. “Biz, yeni kredit verməklə, AccessBank-la uğurlu əməkdaşlığımızı davam etdirməkdən məmnunluq duyuruq”, – deyə EFSE İdarə Heyətinin sədri Monika Bek bildirib.

“AccessBank mikromaliyyələşdirmə sahəsində aparıcı mövqe tutmaqla və kənd təsərrüfatının maliyyələşdirilməsinə xüsusi diqqət yetirməklə, Azərbaycanın kənd ərazilərində EFSE-nin məqsədli qruplarının təmin olunmasında EFSE Fonduna dəstək olur”. AccessBank-ın Baş Meneceri Mixael Hoffmann müqavilənin imzalanmasını şərh edərək deyib: “Biz, AccessBank-ın əsas tərəfdaşı qismində çıxış edən Cənub-Şərqi Avropa ölkələri üzrə Avropa Fondunun dəstəyini yüksək qiymətləndiririk. EFSE tərəfindən verilən kredit, ölkənin əksər regionlarında fəaliyyət göstərən geniş filial şəbəkəmiz olan kənd ərazilərində mikro və KOB müəssisələrinin kreditləşdirilməsi üzrə Bankın fəaliyyətinin genişləndirilməsinə böyük töhfə verəcək”.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.