10 C
Baku
Wednesday, December 11, 2024

“Azər-Türk Bank”ın sabiq sədri “AXA Mbask”a təyinat alıb

“AXA Mbask” Sığorta Şirkətinin Təftiş komisyasının üzvi və baş mühasibi dəyişib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu günə kimi Təftiş Komisya üzvü olan Ender Ertoğrul Bayram vəzifəsini tərk edib və onu bu vəzifədə Mehmet Sami Acarözmen əvəz edib. Məlumat üçün bildirək ki, M.S. Acarözmen 2014-cü ilə qədər “Azər-Türk Bank” İdarə Heyəti sədri kimi çalışıb, qeyd edilən tarixdən sonra vəzifəsindən azad edilmişdi.

Bundan əlavə bu günə kimi baş mühasib kimi çalışan Faiq Heydərov da vəzifəsini tərk edib və onu bu vəzifədə İlham Musayev əvəz edib.

Xatırladaq ki, “AXA Mbask” Fransanın “AXA Group”una daxil idi, ötən aylarda yayılan məlumata görə azərbaycanlı investor tərəfindən bu qrupun səhmləri alınıb. Şirkət yaxın rebrendinq edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər