10 C
Baku
Thursday, December 12, 2024

Bankın valyuta satışından əldə etdiyi gəlir kredit satışından olanı keçib

“Günay Bank” ASC ötən il ərzində 6,89 mln. manat faiz gəliri əldə edib.

Banker.az xəbər verir ki, ardıcıl olaraq ikinci dəfə “RSM Azerbaijan” audit şirkəti tərəfindən tərtib edilən 2017-ci ilin illik hesabatında deyilir.

Hesabat dövrü ərzində, bankın faiz xərcləri yüksələrək 3,49 mln. manata olub. Bankın dəyərsizləşmədən öncəki gəliri 3,39 mln. manat olsa da, ehtiyyatlara ayrılmalardan sonra rəqəm mənfi 353 min manata düşüb.

Hesabatı analiz etdikdə məlum olur ki, Bankın mənfəətinin əsas səbəbkarı 7,46 mln. manatlıq xalis qeyri-faiz gəlirləri hesabınadır. Daha dəqiq desək bank ötən ilin 4 rübü ərzində valyuta alış-satışından 5,2 mln. manatdan çox gəlir əldə edib. Bir fakt kimi qeyd etməliyik ki, bu rəqəm 2016-cı ilə 2,1 mln. manat idi.

Beləliklə, “Günay Bank” ötən il ərzində 3,5 mln. manat xalis mənfəət əldə edib. Lakin bu mənfəət bankı balansındakı yığılmış zərəri azca azaldaraq 7,48 mln. manata salıb.

Son xəbərlər
Digər xəbərlər