Vergilər naziri Mikayıl Cabbarov 30 may 2018-ci il tarixində saat 11:00-də Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Bakı-Qazax şossesinin 118 km-i) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı, Ağsu və Qobustan rayon sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 25-29 may 2018-ci il tarixlərində Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinə, Ağsu və Qobustan rayonlarında isə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.