26 C
Baku
Tuesday, April 30, 2024

“Bakı Sığorta” 3 il öncəki kimi gəlir əldə edə bilmir – Sığorta ödənişləri kəskin azalıb

“Bakı Sığorta” ASC 2017 ci il üzrə 2 mln. 500 min manat cəmi gəlir əldə edib.

Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 2017-ci il üzrə maliyyə hesabatında deyilir.

Məlumata görə, cəmi gəlirinin həcmindəki rəqəmlər ötən ildəkindən artıq olsa da, 2015-ci ilin 5 mln. 990 min manata çata bilməyib. Cəmi gəlirlərinin azalması ilə yanaşı Sığorta Şirkəti xərclərini optimallaşdırmağa çalışıb və ötən ilkindən daha az xərc edib. Belə ki, il üzrə cəmi 2 mln. 172 min manat xərci olub. Bu xərclərin əsas azalmasında pay sahibi işlərin aparılması və sığorta haqları ödənişlərinin azalması olub.

Məsələm, ötən il Sığorta Şirkəti 283 min manatlıq cəmi sığorta ödənişi edib. Bu 2016-cı ildə 674 min manat idi.

Beləliklə, Bakı Sığorta ötənilki gəlirləri xərclərini qarşılamaqla yanaşı, az da olsa mənfəətə çıxara bilib – 328 min manat.

Xatırladaq ki, Bakı Sığorta-nın nizamnamə kapitalı 8 925 439,65 manatdır.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər