Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Kart məhsulları üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Fiziki və hüquqi şəxs müştərilərə təqdim edilən kart məhsulları, kart xidmətləri və karta aid biznes proseslərin inkişafı, idarə olunması. Qeyd olan məhsulların və xidmətlərin daimi inkişafı. Müştərilərə təqdim olunan kart məhsullarının və xidmətlərinin inkişafını təmin etmək üçün bazarın araşdırmasını aparmaq. Məhsulların rəqəmsallaşdırılmasına iştirak etmək. Pərakəndə kredit, qeyri-kredit, plastik kart və KOS (SME) məhsullarının inkişafı komandası ilə qarşılıqlı əlaqə.
Öhdəliklər
- Kart məhsullarının xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək
- Mövcud və yeni kart məhsullarının filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanması
- Kart məhsulları üzrə innovativ xidmətlərin yaradılması
- Kart məhsullarının xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə filiallarla daimi əlaqədə olmaq
- Mövcud kart məhsullarının inkişafını təmin etmək və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması
- Ödəniş sistemləri (Visa və ya MasterCard) ilə yazışmalar aparmaq və görüşlərdə iştirak etmək
- Kart məhsulları sahəsində biliklərin daimi inkişafı
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil
- Yüksək ünsiyyətqurma bacarıqları
- Kart məhsulların və xidmətləri barədə ətraflı biliklərə malik olmaq
- İnnovativlik
- Kart məhsulların və xidmətləri barədə qanunvericiliyi bilmək
- Analitik düşünmə və riyazı təhlil qabiliyyəti
- Maliyyə uçotu üzrə biliklər arzuolunandır
- Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili – arzuolunandır
Mövzu bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz