Cənubi Koreya birjasına kiber hücumdan sonra “Bitcoin”in dəyəri 11%-dən çox ucuzlaşıb.
“CoinDesk”ə istinadən, Cənubi Koreya kriptovalyuta birjasının məlumatına görə, kiber hücumdan sonra “bitcoin”in qiyməti 6700 dollara düşüb.
“Kriptovalyuta bu il dəyərinin yarısından çoxunu itirib”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, “Coinrail” oğurlanan kriptovalyutaların ümumi məbləğini qeyd etməsə də, “MarketWatch” onları 40 mln. dollar dəyərində qiymətləndirib.