“Dövlət Gömrük Komitəsi struktur dəyişikliyinə hazırlaşır”.
Bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov bildirib.
Onun sözlərinə görə, Komitə mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. “Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişikliyi ilə bağlı tədbirlər hazırlanır. Bu struktur dəyişikliyi gömrük sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsinə yönələcək,” – deyə S. Muxtarov bildirib.
Gömrük qanunvericiliyi təkmilləşdiriləcək
Muxtarovun sözlərinə görə, Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə yeni düzəlişlər üzərində işləyir. O bildirib ki, təkliflər hələlik müzakirə mərhələsindədir: “Təkliflərin sistemləşdirilməsindən sonra baxılması üçün gömrük rəhbərliyinə göndəriləcək”.
S. Muxtarov qeyd edib ki, qanunvericiliyin təkmilləşdirilməsi gömrük sənədləşməsində sənədlərin azalmasına, gömrük prosedurlarının və gömrükdən keçid vaxtının azalmasına və sadələşdirilməsinə səbəb olacaq.