Ötən il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb. Bunu RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib.
O qeyd edib ki, Azərbaycan Rusiya üçün strateji tərəfdaşdır, bu da bir çox hallarda iki ölkə arasında münasibətlərin səviyyəsini müəyyən edir. V.Voloodin əlavə edib ki, ötən il ərzində RF ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb.
“Bu əlaqələrimizin çox yaxşı göstəricisidir. Bu cür gözlənilməz nəticə həm də münasibətlərin aktivləşməsinin göstəricisidir: rusiyalı turistlərin sayı 850 min nəfərə çatıb, ötən illərlə müqayisədə 18% artıb”, – V.Volodin AZTV telekanallına müsahibəsində bildirib.
Siyasətçinin sözlərinə görə, rusiyalı turistlər istirahət üçün daha çox Azərbaycanı seçirlər, nəinki Avropa dövlətlərini, misal üçün Bolqarıstan, Monteneqro və ya Çexiya olsun.
“Bu çox yaxşı göstəricidir, onun əsasında vətəndaşlarımızın münasibəti durur. Ticarət dövriyyəsi barədə söz açarkən, bu işgüzar əlaqələrdir, burada məqsədyönlülük, fayda elementi var. Turizm barədə söhbət gedərkən isə, bu deməkdir ki, bizim vətəndaşlar Azərbaycana səfər etməyi xoşlayırlar, burada onları yaxşı qəbul edirlər”, – V.Volodin vurğulayıb.
V.Volodinin rəhbərliyi ilə RF Dövlət Dumasının nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Nümayəndə heyəti o cümlədən Dövlət Dumasının vitse-spikeri Sergey Neverov, Dövlət Dumasının MDB İşləri KomitəsininsədriLeonid Kalaşnikov, Dövlət Dumasının Enerji Komitəsinin sədri Pavel Zavalnıy daxildi.