10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan 250 mln. manatlıq borc götürür, saziş imzalandı

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üzrə 250 milyon dollar məbləğində kreditin ayrılması haqqında saziş imzalanıb.

“Sazişi 2018-ci il iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıb”, – deyə bankdan bildirilib.

Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üçün Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər