Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.
Sənədə ədasən qanunda aşağıdakı məzmunda 2.0.13-1-ci, 2.0.13-2-ci və 2.0.13-3-cü maddələr əlavə edilir:
“2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi;
2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması;
2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması;”;
18.66.2-ci maddədə “5” rəqəmi “20” rəqəmləri, 18.66.3-cü və 18.67.1-ci maddələrdə “50” rəqəmləri “100” rəqəmləri, 18.67.2-ci maddədə “3” rəqəmi “10” rəqəmləri və 18.67.3.2-ci maddədə “1” rəqəmi “10” rəqəmləri ilə əvəz edilir;
18.67.3.1-ci maddədə “20 qəpik” sözləri “2 manat” sözləri ilə əvəz edilir;
aşağıdakı məzmunda 18.66-1-ci maddə əlavə edilir:
“18.66-1. qida təhlükəsizliyi sertifikatının verilməsi – 20 manat;”;
aşağıdakı məzmunda 18.67-1-ci maddə əlavə edilir:
“18.67-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
18.67-1.2. reyestrdən çıxarışın verilməsi – 150 manat;
18.67-1.3. reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi – 50 manat;
18.67-1.4. reyestrdən çıxarışın dublikatının verilməsi – 10 manat.”;
1.6. aşağıdakı məzmunda 23-1-ci və 23-2-ci maddələr əlavə edilsin:
“Maddə 23-1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
1 | 2 |
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə | 5 qəpikdən – 5 manatadək |
Maddə 23-2. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə müvafiq icra hakimiyyəti orqanının (heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla) müəyyən etdiyi dövlət rüsumu ödənilir.”.
Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.