7 C
Baku
Thursday, December 12, 2024

“Kapital Menecment” investisiya şirkətinin səhmdarı Azərbaycanda filialını yaradıb

“Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-nə nəzarət edən Böyük Britaniyanın “Plato Capıtal Internatıonal Holdıngs Lımıted” şirkətinin Azərbaycanda filialı yaradılıb.

Vergilər Nazirliyinə istinadən, filial bu il mayın 21-də dövlət qeydiyyatına alınıb.

Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 203A, mənzil 37, qanuni təmsilçisi isə Mansur Kamaləddin oğlu Məmmədovdur.

Xatırladaq ki, M.Məmmədov həm də “Kapital Menecment”in direktorudur. Filialın yaradılmasında məqsəd investisiya şirkətinin nizamnamə kapitalının 200 min manat və yaxud 52,63% artırılaraq 380 min manatdan 580 min manata çatdırılması prosesində iştirak etməkdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər