Kapital Bank 28 iyun 2018-ci il tarixində yeni BirKart Miles kartının təqdimat mərasimini keçirib. Sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.
Təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Mastercard-ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edirdi. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.
BirKart Miles kartları həm debet kart şəklində, həm də kredit xətti şəklində müştərilərə təklif olunur. İllik qiyməti 35 manatdan başlayan BirKart Miles kartı aktivləşən kimi balansına hədiyyə olaraq 1500 mil əlavə olunur. Kartların müddəti maksimum 3 il olmaqla, AZN/USD/EUR valyutasında müştərilərə təklif olunur.
Kartlar üzrə hesabda mövcud olan şəxsi vəsaitlərə illik depozit faizi hesablanılır və mil şəklində toplanır. Kartlara həmçinin “Lounge Key” funksiyası da tətbiq edilib.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.