“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bankda bu günə qədər maliyyə üzrə baş direktor olan Lalə Quliyeva təyin olunub. Bildirək ki, Quliyeva 2009-cu ildən bu tərəfə bankda Baş direktor vəzifəsində çalışırdı.
Beləliklə, müavinlərin sayı yenidən 2 olub.
Xatırladaq ki, 2 ay öncə Zaur Qarasiyev bankın İdarə Heyəti sədri postunu tərk etdikdən sonra müavini olmuş Aydın Hüseynov onun vəzifəsini müvəqqəti icra edir.