7 C
Baku
Sunday, December 15, 2024

Uğurlu biznes hekəyələri II

Gözlənilməz sonluqları olan müdrik misallar və hekəyələr insanlara daha dərin təsir edirlər, nəinki sadəcə ağıllı fikirlər və sitatlar.

Buna görə biz sizə bu məqalədə biznes hekayələrini təqdim edirik.

Bu hekayələrin amansız süjeti və onlardan alacağınız dərs sizə biznes həyatınızda, iş problemlərinizin həllində, çətinlikləri dəff etməkdə kömək olacaq.

1. Siçan və pişik

Böyük bir evdə siçan ailəsi yaşayırdı. Uzun illər boyu siçanlar xoşbəxt və qayğısız yaşayırdılar, mətbəxdə ağalıq edirdilər və tapdıqları hər şeyi yeyirdilər.

Lakin günlərin bir günü bədbəxtçilik baş verir. Həmin evdə pişik məskunlaşır. Evin sahibləri siçanlardan bezirlər və evə pişik gətirirlər.

Pişik özünü evin sahiblərinə sübut etmək üçün siçanları bütün ev boyu qovmağa və onları incitməyə başlayır. Hətta bir neçə siçanı tutub yemişdi.

O zaman siçanlardan biri iclas elan edir. Bu iclasda yaranmış vəziyyəti necə həll olunması müzakirə olunurdu. Siçanların iclasda müxtəlif ideyaları müzakirə edirlər.

Nəhayət bir siçan belə bir fikir irəli sürür:

– Gəlin pişiyin boynuna zınqrov bağlayaq. Beləliklə biz pişiyin yaxınlaşdığını eşidəcəyik və gizlənə biləcəyik.

Hər kəs bunun möhtəşəm bir fikir olduğu qərarına gəlir və bu fikri irəli sürən siçanı təbrik etməyə başlayırlar.

Lakin qəfildən bir küncdə oturan ən balaca siçan hər kəsə müraciət edərək belə deyir:

– Bir sual verə bilərəmmi?

– Əlbətdə, – deyə siçanların başçısı cavab verir.

– Mən bunun çox yaxşı fikir olduğunu düşünürəm və s… Və sizin əhvalınızı korlamaq istəmirəm. Lakin bizim aramızdan kim pişiyin boynuna zınqrov bağlayacaq?

Bu hadisədən alacağımız dərs: Yaradıcı ideyalar çox yaxşıdırlar. Lakin bir şərtlə, əgər onlar sonuna qədər təhlil olunub və planlaşdırıblarsa.

2. Hind quşu və öküz

Hind quşu öküz ilə söhbət edirdi:

– Mən ağacın başına qalxmağı xəyal edirəm, – deyə hind quşu ah çəkirdi, – lakin mənim buna gücüm çatmır.

– Bəlkə sən mənim nəcisim ilə qidalanasan?- deyə öküz cavab verir, – onun  tərkibində çoxlu qidalandırıcı maddələr var.

Hind quşu öküzün nəcisi ilə qidalanmağa başlayır. Birinci gün o, ağacın aşağı budağına çıxır. İkinci gün daha da yüksəkə qalxır. Nəhayət, dördüncü gün ağacın zirvəsində fəxr ilə oturur. Bu an fermer onu görür və tüfəng ilə vurur.

Bu hadisədən ala biləcəyimiz dərs: çirkabla edilən işgüzarlıq sizə zirvəyə qalxmaya imkan yaradacaq, lakin siz zirvədə uzun müddət qala bilməyəcəksiniz.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.