Wells Fargo bankı dünya bankları sırasında ən bahalı brend statusunu qoruyub saxladı. Onun dəyəri 4 milyard dollar artaraq 30,2 milyard dollar olmuşdur.
The Banker/Brand Finance Banking 500 məlumatlarına görə 500-ə yaxın nəhəng bank brendlərinin ümumi dəyəri 14% artmışdır.
Bununla yanaşı, ikinci pillədə HSBC, üçüncü pillədə Bank of America, dördüncü pillədə Citi, beşinci pillədə isə Chase qərarlaşmışdır.
Onluğa daxil olan bankların əksəriyyəti ABŞ və Çinə məxsusdur.