“Plato Capital İnternational Holdings Limited” şirkəti Azərbaycanda filial açıb.
Vergilər qəzetinin xüsusi buraxılışına istinadən, filial bu ilin mayın 21-də dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov, ev 203A, mənzil 37-də yerləşən şirkətin qanuni təmsilçisi Mansur Məmmədovdur.
Qeyd edək ki, ötən ilin sonunda Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkəti ləğv prosesində olan “Texnikabank” ASC-nin törəmə müəssisəsi – “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin səhmlərinin 99%-ni alıb.
(APA)