9 C
Baku
Thursday, December 12, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Taksit kartların FAİZSİZ alış-veriş imkanları (MONİTORİNQ)

Taksit kartların FAİZSİZ alış-veriş imkanları (MONİTORİNQ)

0
Taksit kartların FAİZSİZ alış-veriş imkanları (MONİTORİNQ)

Monitorinq qrupumuz fərqli dövrlərdə taksit kartlar haqqında müxtəlif tipli araşdırmalar etmiş və bunları Siz oxucularla bölüşmüşdür. Bildiyiniz kimi, taksit kartların ən böyük özəlliyi faizsiz alış-veriş imkanının olmasıdır. Bəs bu imkanlar necə formalaşır? İstənilən ticarət nöqtəsində faizsiz alış-veriş imkan etmək mümkündürmü? – Əlbəttə ki, xeyr. Taksit sistemi ümumilikdə bir loyallıq sistemidir və yalnız Bankların əməkdaşlıq etdiyi ticarət nöqtələrində müvafiq təkliflər verilir. Misal üçün, Siz hansısa bir partnyorda X taksit kartı ilə 12 aylıq, Y kartı ilə 6 aylıq faizsiz alış-veriş edə bilərsiniz lakin 3-cü kartın bu ticarət nöqtəsi ilə əməkdaşlığı olmaya bilər.

Qərar gəldik ki, istehlakçılar tərəfindən ən çox taksitli alış-veriş həyata keçirilən sektorlar üzrə araşdırma aparaq və bu sektora aid olan mağazalarda bütün taksit kartların təkliflərini müqayisə edək. Araşdırma nəticəsində məlumuz oldu ki, ən çox müraciət edilən sektorlar parfumeriya, məişət texnikası / elektronika məshulları və geyim sektorudur. Aşağıdakı cədvəldə Sİzlərə bankların təklif etdikləri və faizsiz alış-veriş imkanı olan taksit kartlar və bu kartların adları çəkilən sektorlara aid olan partnyorlarda təklif etdikləri imkanlar qeyd edilmişdir.

Bank / Taksit Kart Parfumeriya / Kosmetika Məişət texnikası / Elektronika Geyim sektoru
Partnyor Taksit imkanı Partnyor Taksit imkanı Partnyor Taksit imkanı
Unibank / Albalı Plus İdeal 6 aylıq faizsiz Optimal 3 aylıq faizsiz Flo Ayaqqabı 3 aylıq faizsiz
Sabina 6 aylıq faizsiz Baku Elektroniks 6 aylıq faizsiz Tommy Hilfiger 3 və 6 aylıq faizsiz
Bank Respublika / Paykart İdeal 6 aylıq faizsiz İrşad Elektroniks 6 aylıq faizsiz Adidas 3 və 6 aylıq faizsiz
MAC 6 aylıq faizsiz Maxi.az 3 və 6 aylıq faizsiz Flo Ayaqqabı 3 aylıq faizsiz
Bank of Baku / Bolkart İdeal 6 aylıq faizsiz Baku Elektroniks 12 aylıq faizsiz Adidas 12 aylıq Faizsiz
Sabina 6 aylıq faizsiz Arçelik 6 aylıq Faizsiz Colin”s 3 və 6 aylıq faizsiz
Kapital Bank / Birkart İdeal 6 aylıq faizsiz Maxi.az 18 ayadək faizsiz Lady Sharm 3 və 6 aylıq faizsiz
Sabina 3 və 6 aylıq faizsiz Kontakt Home 18 ayadək faizsiz LTB 3 və 6 aylıq faizsiz
Yapıkredi Bank İdeal 6 aylıq faizsiz Optimal 12 aylıq faizsiz Ecco ayaqqabı 6 aylıq faizsiz
Parfume De France 12 aylıq faizsiz Baku Elektroniks 12 aylıq faizsiz Mavi Jeans 6 aylıq faizsiz

Qeydlər:

  1. Hər bir kart üzrə monitorinq qrupumuz şəxsi mülahizəsinə əsasən sektoru üzrə fərqlənən 2 məşhiur brendin şərtlərini qeyd edtmişdir. Dİgər partnyorlarda olan şərtlərlə taksit kartların saytlarında tanış ola bilərsiniz.
  2. Bazarda təklif edilən digər 2 taksit kart (SmileCard və Maxi Kart) üzrə faizsiz taksit imkanı olmadığı üçün siyahıya əlavə edilməmişdir.