Monitorinq qrupumuz fərqli dövrlərdə taksit kartlar haqqında müxtəlif tipli araşdırmalar etmiş və bunları Siz oxucularla bölüşmüşdür. Bildiyiniz kimi, taksit kartların ən böyük özəlliyi faizsiz alış-veriş imkanının olmasıdır. Bəs bu imkanlar necə formalaşır? İstənilən ticarət nöqtəsində faizsiz alış-veriş imkan etmək mümkündürmü? – Əlbəttə ki, xeyr. Taksit sistemi ümumilikdə bir loyallıq sistemidir və yalnız Bankların əməkdaşlıq etdiyi ticarət nöqtələrində müvafiq təkliflər verilir. Misal üçün, Siz hansısa bir partnyorda X taksit kartı ilə 12 aylıq, Y kartı ilə 6 aylıq faizsiz alış-veriş edə bilərsiniz lakin 3-cü kartın bu ticarət nöqtəsi ilə əməkdaşlığı olmaya bilər.
Qərar gəldik ki, istehlakçılar tərəfindən ən çox taksitli alış-veriş həyata keçirilən sektorlar üzrə araşdırma aparaq və bu sektora aid olan mağazalarda bütün taksit kartların təkliflərini müqayisə edək. Araşdırma nəticəsində məlumuz oldu ki, ən çox müraciət edilən sektorlar parfumeriya, məişət texnikası / elektronika məshulları və geyim sektorudur. Aşağıdakı cədvəldə Sİzlərə bankların təklif etdikləri və faizsiz alış-veriş imkanı olan taksit kartlar və bu kartların adları çəkilən sektorlara aid olan partnyorlarda təklif etdikləri imkanlar qeyd edilmişdir.
Bank / Taksit Kart | Parfumeriya / Kosmetika | Məişət texnikası / Elektronika | Geyim sektoru | |||
Partnyor | Taksit imkanı | Partnyor | Taksit imkanı | Partnyor | Taksit imkanı | |
Unibank / Albalı Plus | İdeal | 6 aylıq faizsiz | Optimal | 3 aylıq faizsiz | Flo Ayaqqabı | 3 aylıq faizsiz |
Sabina | 6 aylıq faizsiz | Baku Elektroniks | 6 aylıq faizsiz | Tommy Hilfiger | 3 və 6 aylıq faizsiz | |
Bank Respublika / Paykart | İdeal | 6 aylıq faizsiz | İrşad Elektroniks | 6 aylıq faizsiz | Adidas | 3 və 6 aylıq faizsiz |
MAC | 6 aylıq faizsiz | Maxi.az | 3 və 6 aylıq faizsiz | Flo Ayaqqabı | 3 aylıq faizsiz | |
Bank of Baku / Bolkart | İdeal | 6 aylıq faizsiz | Baku Elektroniks | 12 aylıq faizsiz | Adidas | 12 aylıq Faizsiz |
Sabina | 6 aylıq faizsiz | Arçelik | 6 aylıq Faizsiz | Colin”s | 3 və 6 aylıq faizsiz | |
Kapital Bank / Birkart | İdeal | 6 aylıq faizsiz | Maxi.az | 18 ayadək faizsiz | Lady Sharm | 3 və 6 aylıq faizsiz |
Sabina | 3 və 6 aylıq faizsiz | Kontakt Home | 18 ayadək faizsiz | LTB | 3 və 6 aylıq faizsiz | |
Yapıkredi Bank | İdeal | 6 aylıq faizsiz | Optimal | 12 aylıq faizsiz | Ecco ayaqqabı | 6 aylıq faizsiz |
Parfume De France | 12 aylıq faizsiz | Baku Elektroniks | 12 aylıq faizsiz | Mavi Jeans | 6 aylıq faizsiz |
Qeydlər:
- Hər bir kart üzrə monitorinq qrupumuz şəxsi mülahizəsinə əsasən sektoru üzrə fərqlənən 2 məşhiur brendin şərtlərini qeyd edtmişdir. Dİgər partnyorlarda olan şərtlərlə taksit kartların saytlarında tanış ola bilərsiniz.
- Bazarda təklif edilən digər 2 taksit kart (SmileCard və Maxi Kart) üzrə faizsiz taksit imkanı olmadığı üçün siyahıya əlavə edilməmişdir.