Banker.azın verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda milli valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, Bakı-Dubay aviareysilə getmək istəyən İran vətəndaşın çantalarında pullar aşkarlanıb.
Belə ki, vətəndaşın iki çamadanından birində 45 min AZN, digərində 40 min AZN, əl yükü olan çantasında isə 15 min AZN olmaqla, cəmi 100 min Azərbaycan manatı aşkar edilib.
oxu.az