Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycana rəsmi səfər edəcək.
Bu haqda xəbəri az əvvəl Türkiyə KİV-ləri yayıb. Səfər barədə əlavə məlumat verilmir. Ərdoğan iyulun əvvəllərində Azərbaycana səfər etmişdi və bu Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəri idi.