10 C
Baku
Thursday, December 12, 2024

Avropa və İngiltərənin mərkəzi bankları uçot dərəcəsi ilə bağlı qərar verdi

İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini 0,75% səviyyəsində sabit saxlayıb.

Banker.az Report-a istinadən bu barədə məlumat verir.

Məlumata görə, BoE həmçinin monetar stimullaşdırma proqramının həcmini 435 mlrd. funt sterlinq (584 mlrd. ABŞ dolları), korporativ istiqrazlar proqramının həcmini isə 10 mlrd. funt sterlinq (13,4 mlrd. dollar) saxlayıb.

Avropa Mərkəzi Bankının (ECB) da bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

ECB həmçinin depozit faizlərini – 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər