Rusiya vətəndaşlarının kredit borcları sürətlə artır
Bu barədə Rusiyanın Milli Kredit Tarixçiləri Bürosu yayıb.
Məlumata görə, təkcə avqust ayında Rusiya vətəndaşları təxminən 1 mln. ədəd yeni kredit kartı əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% çoxdur.
Rusların kəskin borclanmasına səbəb kimi yaşayış xərclərini ödəyə bilməmələri göstərilir. Hazırda hər Rusiya vətəndaşı orta hesabla banka 92,2 min rubl (təxminən 2 300 manat) borcludur.
Report