13 C
Baku
Saturday, May 4, 2024

C. Koreya və KXDR 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək

İki ölkə 2020-ci il Tokio olimpiadasına vahid komanda göndərmək istəyir

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək.

Banker.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen Inın Pxenyanda keçirilmiş sayca üçüncü sammitdən sonra bəyannaməsində bildirilir.

“2032-ci il olimpiadasını keçirmək üçün birgə ərizənin verilməsinə dair razılıq əldə olundu” deyə sənəddə vurğulanıb.

Habelə qeyd olunub ki, bu iki ölkə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər