10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanın sabiq baş naziri banka işə düzəldi

Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili Avropa Yenidənqurma və İnkişaf Bankının müşaviri vəzifəsinə təyin edilib.

“İmedi” telekanalına istinadən, Kvirikaşvili Özbəkistan hökumətinə ictimai və özəl sektorlar arasında dialoq platformasının yaradılmasında kömək edəcək.

Kvirikaşvili ilə bank arasında müqavilə bir neçə həftə öncə imzalanıb.

Qeyd edək ki, Kvirikaşvili 2018-ci ilin iyun ayında baş nazir postundan istefa verib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər