Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi Proqram təminatlarının satın alınması üzrə açıq tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, iddiaçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, kadr imkanları, iş təcrübəsi və müqavilənin ən qısa müddət ərzində icrası.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba 250 (iki yüz əlli) manat iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Zaur Qəribov, telefon: (+99412) 505-65-37 daxili 141) ala bilərlər.
VÖEN: 1701934661
“Kapital Bank” ASC-nin Mərkəz filialı
Filialın kodu: 200026
VÖEN: 9900003611
SWİFT kod: AIIBAZ2X
M/h: AZ37NABZ01350100000000001944
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
Hesab: AZ93AIIB38030019440380537102
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.
- Tenderdə iştirak etmək üçün ərizə;
- İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- Tender təklifinin ümumi qiymətinin 2 (iki) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
- Malgöndərənlər (podratçılar) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
– Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
– Son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
– İxtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
– Digər sənədlər: xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.
İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2018-ci il 30 oktyabr tarixinə kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 2018-ci il 07 noyabr saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 2018-ci il 08 noyabr tarixində saat 11:00-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində açılacaqdır.