“Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur”.
Bu barədə Report agentliyinə Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.
O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır:
“OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”, o qeyd edib.
OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.