Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Prezident sərəncam imzalayıb.
“Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılsın.” – deyə sərəncamda qeyd edilir.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qeyd edilən məbləğdə maliyyələşməni təmin etsin.