ABŞ Konqresində noyabrın ortalarında keçiriləcək seçkilərə qədər yeni antirusiya sanksiyalarının layihəsi təsdiq olunmayacaq.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə respublikaçı senatorun köməkçisi bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı yeni sanksiyalar enerji layihələrinə və dövlət borcuna məhdudiyyətləri nəzərdə tutur.
“Hesab olunur ki, ABŞ-ın nümayəndələr palatası noyabrın 6-da konqresdə keçiriləcək seçkilərə qədər bu mövzuya qayıtmayacaq. Həmin vaxta qədər konqresdə sanksiyalarla bağlı səsvermə planlaşdırılmır” – deyə mənbə qeyd edib.
Buna baxmayaraq, yeni sanksiyalar üzrə layihənin həmmüəlliflərindən olan senator Kris Van Xollen hesab edir ki, senat Rusiyaya qarşı bu sanksiyaları noyabrın 6-da keçiriləcək seçkilərə qədər də qəbul edə bilər.