18 C
Baku
Saturday, November 2, 2024

Uber 148 milyon dollar təzminat ödəyəcək

“Uber” taksi şirkəti sürücülərin və müştərilərin şəxsi məlumatlarını aşkar edən ciddi məlumatlar pozuntusunu gizlətmək iddialarını həll etmək üçün 148 milyon dollar təzminat ödəməyə razılıq verib.

Hakerlər bütün dünya üzrə 57 milyon sürücünün email ünvanları və mobil telefon nömrələrini əldə edib

2016-cı ilin noyabr ayında Uber şirkəti hakerlərin təxminən 6 yüz min Uber sürücüsünün şəxsi məlumatlarını, o cümlədən onların sürücülük vəsiqəsi nömrələrini əldə etdiyini aşkar edib. Hakerlər bütün dünya üzrə 57 milyon sürücünün email ünvanları və mobil telefon nömrələrini əldə edib.

ABŞ-ın hər ştatında və Kolumbiya dairəsində qaldırılan iddialar Uberin cəlb olunmuş sürücüləri məlumatlandırmaq əvəzinə bu məsələni bir ildən çox gizlədərək məlumatların yanlış istifadə olunmaması üçün pul ödədiyini bildirir.

B32EE85E 492A 4E22 B5A4 E3A73084DE15 w650 r1 s

İllinoisdən baş prokuror olan Lisa Madiqan deyir ki, “Uberin əvvəlki rəhbərliyi bu məsələni həll edə bilməyib və aşkar olunana qədər, bir ildən artıq müddətdə bu məsələni danıb. Yeni rəhbərlik bu məsələni aktuallaşdırıb və həll etməyə çalışır.”

Hər bir ştat sürücülərinin sayından asılı olaraq məsələ həll olunduqdan sonra təzminatın bir hissəsini alacaq. Bir çox ştatlarda hər bir Uber sürücüsünün təxminən 100 dollar alacağı təxmin edilir.

Amerikanın Səsi

Son xəbərlər
Digər xəbərlər