7 C
Baku
Sunday, December 15, 2024

“Procter&Gamble” şirkəti Azərbaycan millisinin sponsoru oldu – rəsmi

AFFA və “Procter&Gamble” şirkəti arasında tərəfdaşlığa dair müqavilə imzalanıb.

Bakı Olimpiya Stadionunda keçirilmiş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbol ailəsinə yeni üzvün qoşulduğunu bildirib.

O deyib ki, gündəlik həyatda hiss olunan bu şirkət artıq futbolda da aktiv olacaq. Səhər açılandan P&G-nin futbolla birgə olacağını deyən baş katib əməkdaşlığa görə şirkətə təşəkkür edib.

Şirkətin Azərbaycandakı baş direktoru Deger Kurtaslancıoğlu gördükləri işlərdən və idmana verdikləri dəstəkdən danışıb. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə dəstək verdiklərini, eləcə də “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına baş sponsorluq etdiklərini xatırladıb. Daha sonra rəsmi müqavilə bağlanılıb.

D.Kurtaslanoğlu müqavilənin 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulduğunu söyləyib.

Təbdirdə iştirak edən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov illər öncə bu şirkətin reklamında iştirak etdiyini xatırladıb. O bildirib ki, yeni sponsorların gəlişi futbola təkan olacaq: “Belə şirkətlərin çox olması çox yaxşı olardı. Şirkətin məhsullarından yararlanırıq”.

Yığmanın futbolçuları – Mahir Mədətovla Ruslan Qurbanov millidə növbəti qollarını P@G-yə həsr edəcəklərini bildiriblər.

Sualları cavablandıran E.Məmmədov belə bir şirkətin AFFA-nın yanında olmasını ciddi hadisə adlandırıb. O, digər şirkətləri də futbola dəstək olmağa çağırıb.

Baş katib qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır: “Qapılarımız tərəfdaşlar üçün açıqdır. Lakin əsas məsələ sosial məsuliyyət, milliyə dəstək, uşaq və yeniyetmələr futboluna dəstək bizim əsas prioritetlərimizdir. Əsas odur ki, baxışlarımız üst-üstə düşsün. Bu liqalarda P&G-ni görəcəksiniz”.

E.Məmmədovun sözlərin görə, digər yarışlarda UEFA reklamları özündə saxlayıb: “Millətlər Liqasında isə milli federasiyalara yeni tərəfdaşlar cəlb etmək imkanı yaradılıb. Biz də bu imkandan yararlanmışıq. Bu şirkət bütün sahələrdə futbolumuza tərəfdaş olacaq”.

Son xəbərlər
Digər xəbərlər