10 C
Baku
Friday, December 13, 2024

Dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarıldı – qiymətlər

Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.

Əmək Məsələləri üzrə Dövlət Komitəsinə istinadla, hərraca çıxarılan avtomobillər arasında Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin nəqliyyat vasitəsi QAZ-31029 600 AZN start qiyməti ilə satışa çıxarılır.

Azərbaycan Respublikasnın Mərkəzi Bankının Hyundai Sonata maşınına isə 2350 manat ilkin qiymət müəyyən edilib. Hərraca çıxarılan avtomobillərin sayı 5-dir.

Qeyd edək ki, 1-ci sətirdə Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

2-3-cü sətirdə Azərbaycan Respublikası Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

4-5-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

Son xəbərlər
Digər xəbərlər