“Sumqayıt Kimya Sənaye Parkı” MMC Pirallahı Sənaye Parkı ərazisində mühəndis kommunikasiya, avtomobil yollarının tikintisi və qaz xəttlərinin çəkilməsi üçün podratçı seçir.
Seçim iki lot üzrə sorğu üsulu ilə keçirilir: mühəndis kommunikasiya, avtomobil yollarının tikintisi; qaz xəttlərinin çəkilməsi.
1-ci lot üzrə seçimdə iştirak haqqı 800 manat, 2-ci lot üzrə – 600 manatdır.
Təkliflər oktyabrın 5-dək qəbul olunur. Tender proseduru oktyabrın 8-də baş tutacaq.
Hazırda SKSP Azərbaycanda 4 sənaye parkının operatorudur – Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Balaxanı Sənaye Parkı.